Putin dollara qarşı müharibə elan etdi

Rusiya prezidenti Vladimir Putin Amerika dolları hakimiyyətinə savaş açdı.

967535
Putin dollara qarşı müharibə elan etdi

   Rusiya parlamentinin alt qanadı Dumada millət vəkillərinə xitabında dolların qlobal ticarəti müəyyənləşdirməsini tənqid edən Putin deyib:

  “Bundan xilas olmaq zəruridir. Dollarlarda inhisar bir çox ölkə üçün təhlükə yaradır. Dollara asılılığı azaldaraq Rusiya iqtisadiyyatının suverenliyini qoruyub saxlamalıyıq…

  Dünya Ticarət Təşkilatı qaydaları tez-tez pozan ABŞ-ın sanksiya adı altında verdiyi siyasi qərarlarla üstünlük əldə etməyə çalışdığını bildirib.

  Ticarətin dollarla aparılması bir yük olub. Bu səhv yoldan vaz keçilməlidir.

  Ortaqlarımız bütün bu qeyri-qanuni məhdudiyyətləri aradan qaldırmaq üçün beynəlxalq ticarət prinsiplərini pozaraq bizə kömək edir. Çünki bütün dünya ABŞ monopoliyasının etibarlı olmadığını, bir çox ölkə üçün təhlükəli yaratdığını görür. Biz qızıl və valyuta ehtiyatlarımızı şaxələndirir və buna davam edirik".

  Qeyd edək ki, Rusiya yanvardan başlayaraq ehtiyatının yalnız 46 faizini Amerika dolları olaraq saxlayır.



Әlaqәli Xәbәrlәr