"Şimal Axını- 2"nin tikintisinə başlanıldı

Rusiyanın enerji şirkəti Qazprom tərəfindən həyata keçirilən "Şimal Axını- 2" təbii qaz boru kəməri layihəsinin əsası Almaniyada qoyuldu.

963563
"Şimal Axını- 2"nin tikintisinə başlanıldı

Rusiyanın enerji şirkəti Qazprom tərəfindən həyata keçirilən "Şimal Axını- 2" təbii qaz boru kəməri layihəsinin əsası Almaniyada qoyuldu.

 Qazproma aid "Nord Stream 2" tərəfindən verilən açıqlamada layihə çərçivəsində təbii qaz alım terminalları və xidmət mərkəzinin tikintisinə Almaniyanın Lubmin şəhərində başlandığı bildirildi.
 
  Dəyəri 9,5 milyard dollar ətrafında olması gözlənilən "Şimal Axını- 2" layihəsi ilə ildə 55 milyard kubmetr rus qazının Baltik dənizi üzərindən Almaniyaya daşınması planlaşdırılır.
 
 Başda ABŞ, Ukrayna, Polşa və Baltik ölkələrinin inşasına qarşı çıxdığı layihənin ortaqları arasında Qazpromla yanaşı, Shell, OMV, Engie, Uniper və Wintershall kimi şirkətlər vardır.



Әlaqәli Xәbәrlәr