"Cənubi Koreya və Türkiyə arasında ticarət həcmi niyə artmasın ki?" R.T.Ərdoğan

Mavi Evdə - Prezident Aparatındakı qarşılama mərasiminin keçirildiyi salonda Ərdoğan və Mun təxminən bir saat təkbətək söhbət edib.

962739
"Cənubi Koreya və Türkiyə arasında ticarət həcmi niyə artmasın ki?" R.T.Ərdoğan

  Mayın 1-i Cənubi Koreyaya rəsmi səfərə gedən Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan həmkarı Mun Cye (Moon Jae) tərəfindən rəsmi mərasimlə qarşılanıb.

  Mavi Evdə - Prezident Aparatındakı qarşılama mərasiminin keçirildiyi salonda Ərdoğan və Mun təxminən bir saat təkbətək söhbət edib. Görüşdən sonra iki lider mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

  Ərdoğan çıxışında bunları söyləyib: "Cənab prezident, ilk növbədə gəldiyimiz andan etibarən göstərilən belə gözəl ev sahibliyinə görə çox-çox təşəkkür edirəm. Sonra isə Cənubi Koreya və Şimali Koreya arasında keçirilən, dünya sülhünə çox ciddi kömək olacaq görüş münasibətilə şəxsən və xalqım adından təbriklərimi çatdırıram. Bu, dünyada yaranan qorxuları, narahatlıqları ortadan qaldıran bir görüş oldu. Bunu uğurlu bir şəkildə reallaşdırdınız. Arzu edirik ki, bu qətiyyət bundan sonra da eynilə davam etsin... Şimali Koreya da müxtəlif ölkələrlə belə görüşlər keçirərsə, çox müsbət dəyişikliklərə vəsilə olar. Biz də Türkiyə olaraq bu məsələdə üzərimizə düşən hər şeyi etməyə hazırıq".

  Ərdoğan Cənubi Koreya və Türkiyənin təxminən 7,5 milyard dollarlıq ticarət həcminə malik olduğunu, amma bunu artırmaq gərəkliyini qeyd edərək söylədiklərinə bunları əlavə edib: “İstəyirik ki, ticarət həcmi daha yüksək səviyyəyə çatsın. Hər iki ölkənin həm əhali potensialı, həm də G-20 üzvü olması buna imkan verir. Hazırda Türkiyə və Cənubi Koreya birlikdə 132 milyonluq əhaliyə malikik. 132 milyon üçün bugünkü ticarət həcmimiz çox aşağıdır. Niyə 7,5 milyard dollar 10-15-ə çatmasın? Xüsusilə, başda müdafiə sənayesi olmaqla, yüksək texnologiyalar sahələrində birlikdə edə biləcəyimiz çox şey var".

  Türkiyənin dövlət başçısı Cənubi Koreyanın Milli Məclisində də görüşlərdə olduqdan sonra Mun tərəfindən şərəfinə verilən rəsmi şam yeməyində həyat yoldaşı Əminə Ərdoğanla birlikdə iştirak edib. Ziyafətdə "Ayla" filminin koreyalı uşaq aktyoru Kim Seol da olub.



Әlaqәli Xәbәrlәr