...Buna baxmayaraq, İran Türkmənistandan qaz alır

İran Türkmənistandan Pakistana qaz daşıyacaq xəttə daxil olmaq istəyir.

962617
...Buna baxmayaraq, İran Türkmənistandan qaz alır

   İran Enerji nazirinin müavini və Milli Qaz Şirkətinin İcraçı direktoru (NICC) Həmid Rza Əraqi mübadilə əsasında Türkmənistan qazını Pakistana çatdırmağa hazır olduqlarını deyib: “Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəməri layihəsinin həyata necə keçiriləcəyi belə şübhə altındadır. İran Türkmənistan qazını mübadilə yolu ilə Pakistana yollamağın mümkün olan ən qısa yoludur. İran bölgədəki mövqeyilə bağlı ətrafındakı hər hansı qaz kəməri layihəsinə qoşula bilər.”

  Qeyd edək ki, bundan əvvəl İran mübadilə əməliyyatları yolu ilə Türkmənistan qazını Azərbaycana çatdırırdı. Cənub rayonlarında böyük təbii qaz yataqlarına sahib olan İran, buna baxmayaraq, 1997-ci ildən bu yana şimal rayonları üçün Türkmənistandan qaz idxal edir.



Әlaqәli Xәbәrlәr