Moskvadan gələn təyyarə mövsümün ilk turist qrupunu gətirdi

Türkiyənin Muğla şəhərinin Dalaman hava limanına Rusiyanın Moskva şəhərindən gələn təyyarə mövsümün ilk turist qrupunu gətirdi.

958526
Moskvadan gələn təyyarə mövsümün ilk turist qrupunu gətirdi

Moskvadan 238 sərnişinlə qalxan təyyarə Dalaman hava limanına endiyi zaman uçuş ekipajı üçün tort kəsildi, turistlərə çiçək verildi.

Rus turistlər daha sonra onları tətildə olacaqları yerlərə aparacaq maşınlarla hava limanından ayrıldılar.

Hava limanının İcra heyəti üzvü Hamdi Güvənç bölgə turizmi üçün əməyi olan hər kəsə təşəkkür etdi: “ Rus turist konvoyunu bölgəmizə gətirən ilk təyyarə tamamilə dolu gəldi. Mövsümün yeni başlamasına baxmayaraq ilk təyyarənin dolu gəlməsi önəmli göstəricidir. Rus turistlər bölgə turizmi baxımından həyatı əhəmmiyətə malikdir. Rusiya başda olmaqla müxtəlif bölgələrdən Dalaman bölgəsinə uçuşların artması üçün fəaliyyətlərimizi davam etdiririk. Uğurlu bir mövsüm diləyirəm".



Әlaqәli Xәbәrlәr