Türkiyə 177 ölkəyə maşın təkəri satır

Türkiyə 2017-ci ildə 177 ölkəyə 2,5 milyard dollarlıq kauçuk və kauçuk əşya ixrac edib.

937028
Türkiyə 177 ölkəyə maşın təkəri satır

   Sözü gedən satışın 1,1 milyard dollarlıq hissəsi avtomobil, avtobus, yük maşını və kənd təsərrüfatı maşınları üçün olan təkərlərdən ibarətdir.

  Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatına görə, 2017-ci ildə 509,2 milyon dollarlıq avtomobil, 468,9 milyon dollarlıq yük maşını və avtobus, 139,5 milyon dollarlıq kənd təsərrüfatı maşınları, 22,7 milyon dollarlıq metal sənayesi nəqliyyat vasitələri üçün rezin təkər satılıb.

  Alıcı Almaniya, Hollandiya, İtaliya, Ameriak Birləşmiş Ştatları, İngiltərə, İspaniya, Misir, Cənubi Afrika Respublikası, Mərakeş başda olmaqla ümumilikdə 177 ölkədir.

  Şəhərlər üzrə İstanbul 1,2 milyard, Kocaeli 466,4 milyon, Bursa 203,1 milyon, Kırşehir 158,9 milyon, Çankırı 103,9 milyon dollarla ümumi sektor ixracatının 86,5 fazini təmin ediblər.



Әlaqәli Xәbәrlәr