"Bunu deyənlərə Çanaqqala körpüsü layihəsi ən gözəl cavabdır", B.Yıldırım

Türkiyənin Baş naziri Binəli Yıldırım ölkənin növbəti nəhəng layihələrindən birinin - dünyanın ən uzun asma körpüsünün təməlinin qoyulduğunun şad xəbərini verib

"Bunu deyənlərə Çanaqqala körpüsü layihəsi ən gözəl cavabdır", B.Yıldırım

  Türkiyənin Baş naziri Binəli Yıldırım Geliboluda 1915 Çanaqqala körpüsü və Malkara-Çanaqqala Magistral Qülləsilə Kule Kazık Çakım mərasimində etdiyi çıxışında Türkiyənin növbəti nəhəng layihələrindən birinin - dünyanın ən uzun asma körpüsünün təməlinin qoyulduğunun şad xəbərini verib.

  Baş nazir deyib: "İki qüllə arasındakı məsafə düz 2023 metrdir. Bu nə deməkdir? - Bu, 2023-cü ilə gedərkən Respublikamızın 100-cü yaşında Türkiyəyə, Çanaqqala şəhidlər diyarına ən uzun körpünü bəxş etmək deməkdir. Xeyirli, uğurlu olsun… Bu gün başqa bir xoşbəxtliyi də yaşayırıq: türk əsgəri Afrində dastan yazdı, oradan terrorçuları təmizlədi. Biz həm Türkiyənin daxilində və xaricində terrorla mübarizəni qətiyyətlə davam etdirir, həm də dünyanın ən iri layihələrini həyata keçiririk… Türkiyə iqtisadiyyatının dırnaqarası çətinliklərindən bəhs edənlərə Çanaqqala körpüsü layihəsi ən gözəl cavabdır. Bu layihənin maliyyələşməsində 70 faiz xarici banklar rol oynayıb. 1 milyard 700 milyon avro kredit ehtiyacı varkən, 2 milyard 700 milyon avrodan artıq da tələb gəldi. Bu da Türkiyənin gücünə olan inamı göstərir".



Әlaqәli Xәbәrlәr