Dünya səviyyəsində neftə olan tələbat artacaq

Dünya səviyyəsində neft tələbatı 2018-2023-cü illərdə gündəlik 6,9 milyon barrel artaraq, 104,7 milyon barrelə yüksələcək.

923136
Dünya səviyyəsində neftə olan tələbat artacaq

 Beynəlxalq Enerji Agentliyinin (IEA) 5 illik bazar təhlilindən sonra yadığı "Oil 2018" hesabatına görə, Amerika Birləşmiş Ştatları, Braziliya, Kanada və Norveçdə neft hasilatı artaraq davam edəcək.
 
 Bu dövrdə qlobal neft tədarükündəki böyümənin 60%-i ABŞ-ın payına düşəcək.
 
 Dünya səviyyəsində neft tələbatı isə 2018-2023-cü illərdə gündəlik 6,9 milyon barrel artaraq, 104,7 milyon barrelə yüksələcək.
 
 Qlobal miqyasda neft tələbatının artmasına Asiyadakı iqtisadi artım və ABŞ-dakı neft-kimya sənayesi təsir edəcək.
 
 Sözügedən dövrdə qlobal neft istehsal gücü də gündəlik 6,4 milyon barel artımla 107 milyon barelə çıxacaq.
 
 Bundan başqa, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) xam neft hasilatı isə 2023-cü ilədək  gündəlik 750 min barrel artacaq.
 
 Hesabatda fikirlərinə yer verilən IEA sədri Fatih Birol  neft sahələrinə qoyulan investisiyaların yetərli olmamasının qlobal bazarlarda narahatlıq yaratdığını bildirdi.
 
 Səmərəliliyi azalan neft yataqlarının daha çox sərmayə tələb etməsi məsələsinə toxunan Birol: "Qlobal səviyyədə  gündəlik 3 milyon barrel neftin itkisini əngəlləmək üçün bu investisiyalar qoyulmalıdır. Bu miqdar Şimal dənizindən çıxan miqdara bərabərdir" ifadəsini işlətdi.



Әlaqәli Xәbәrlәr