Türkiyə müdafiə sənayesi bu prosesdə ixracını da artırdı

Türkiyənin ilin ilk iki ayındakı ixracında keçən ilin müvafiq dövrü ilə müqayisədə  12,8 faiz artım qeydə alındı.

921574
Türkiyə müdafiə sənayesi bu prosesdə ixracını da artırdı

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında təhlükəsizlik qüvvələrinin ehtiyaclarını böyük nisbətdə ödəyən Türkiyə müdafiə sənayesi bu prosesdə ixracını da artırdı.

Türkiyənin ilin ilk iki ayındakı ixracında keçən ilin müvafiq dövrü ilə müqayisədə  12,8 faiz artım olduqda, müdafiə və aviasiya sənayesi ixracı daha artıq olmuşdur.

Müdafiə sənayesi və aviasiya sənayesi yanvar və fevral aylarında 222 milyon 79 min dollarlıq ixrac reallaşdırarkən, bu ilin müvafiq dövründə bu rəqəm 258 milyon 916 min dollara çatıb.

Bu zamanda ən çox ixrac 98 milyon 22 min dollarla ABŞ-a reallaşıb. ABŞ-ı 36 milyon dollarla Almaniya izləyib.  İxracın əhəmiyyətli səviyyədə artdığı Oman üçüncü, Hollandiya dördüncü, İngiltərə beşinci, Hindistan altıncı, Çin isə yeddinci yeri tutublar.



Әlaqәli Xәbәrlәr