"Türkiyənin öyünməli, fəxr edəcəyi bir özəl sektoru var", B.Yıldırım

Baş nazir Binəli Yıldırım Türkiyənin iqtisadiyyatda sabit inkişafının davam etdidiyini söyləyib.

920726
"Türkiyənin öyünməli, fəxr edəcəyi bir özəl sektoru var", B.Yıldırım

  Ankarada Kiçik və Orta Həcmli Müəssisələri İnkişafetdirmə və Dəstəkləmə İdarəsinin (KOSGEB) təşkilatçılığı ilə V Sahibkar və Sahibkarlıq Mükafat tədbirində iştirak edən B.Yıldırım deyib: “Özəl sektorun iqtisadi tərəqqidəki əhəmiyyəti xüsusidir. İnvestisiyanın böyük hissəsi özəl sektorun üzərinə düşür. Türkiyənin öyünməli, fəxr edəcəyi bir özəl sektoru var. Bu da bizim gələcək təhlükəsizliyimizdir. Buna görə Türkiyə qlobal və regional böhranlardan o qədər də təsirlənmir və iqtisadiyyatda sabit böyümə davam edir… 2018-ci ilin yanvarında Türkiyədə 9631 yeni şirkət quruldu. Bu rəqəm şirkət sayının əvvəlki ayla müqayisədə 61 faiz artdığını göstərir… Türkiyə sənayeçisi artıq gələcəyini hesablayıb, buna görə investisiya qərarı verir, işini inkişaf etdirir və iş qurmaq istəyən bütün sahibkarlar da öz işlərinə diqqət yetirir… Bizim ən böyük resursumuz insandır, özümüzdür. Neftə, qaza, brilyanta güvənənlər bir müddət sonra açıqda qala bilər. Yetişmiş, keyfiyyətli insan, kapitalı olan adam nəsildən nəslə yol açır. Elə buna görədir ki, sənayemiz müdhiş şəkildə investisiya qoymağa və istehsala davam edir.”        



Әlaqәli Xәbәrlәr