ABŞ birjası batır

Birjada yaşanan 5 faiz itki keçən ilin gəlirlərini bir gündə məhv edib.

904649
ABŞ birjası batır

Ekspertlərə görə Böhranın yaranmasına, ötən həftə əmək haqlarının orta hesabla yüksəldiyini göstərən siyahının açıqlanması olub.

İnvestorlar bunu inflyasiyanın artacağı və Federal Ehtiyatların (FED) faiz dərəcələrini artıracağı şəklində dəyərləndirərək səhmlərini satmağa başlayıblar.

Dow Jones indeksi 10 dəqiqə ərzində 800 bənd azalaraq günü 1500 bənd itki ilə tamamlayıb. Bu itki də son altı ilin rekordu hesab edilir.

ABŞ birjasında yaşanan itki Asiya fond bazarına da mənfi təsir edib.

Tokio fond bazarında 7 faizdən çox itki qeydə alınarkən, Tayvan və Honqkonqda bu rəqəm 4%, Cənubi Koreyada isə 3% olub.

 



Әlaqәli Xәbәrlәr