Türkiyənin turizm gəliri 18.9 artıb

Türkiyənin turizm gəliri, 2017-də, 2016-cı ilə müqayisədə 18,9% artaraq 26,3 milyard dollar təşkil edib.

900533
Türkiyənin turizm gəliri 18.9 artıb

Türkiyə dövlət Statistika komitəsının açıqladığı 2017-ci ilə məxsus turizm statistikalar hesabatına görə turizm gəlirinin 77,4% xarici turistlərdən, 22,6% faizi isə xaricdə yaşayan Türk vətəndaşların ziyarətindən əldə edilib.

Ötən il əldə edilən gəlirin 21 milyard 461 milyon 603 min dollarını şəxsi xərclər, 4 milyard 822 milyon 53 min dollarını isə səyahət turları təşkil edir.

Həmin dövrdə adam başına xərclənən miqdar 681 dollar, xaricilərin fərd başına ölkəmizdə xərclədikləri 630 dollar, ölkə xaricində yaşayan Türkiyə vətəndaşların xərclədikləri isə 903 dollar olub.

Türkiyə sərhəd qapılarından xaricə çıxanların sayı isə 2017-də, 2016-cı ilə müqayisədə 23,1% artaraq 38 milyon 620 min 346 nəfərə çatıb.



Әlaqәli Xәbәrlәr