Türkiyədən İrana yumurta idxal ediləcək

Yumurta İstehsalçıları Mərkəzi Birliyinin (YUM-BİR) icra heyəti başçısı Həsən Konya İrandan xeyli miqdarda yumurta tələbinin olduğunu bildirib.

881680
Türkiyədən İrana yumurta idxal ediləcək

Yumurta İstehsalçıları Mərkəzi Birliyi (YUM-BİR) icra heyəti başçısı Həsən Konya İrandan xeyli miqdarda yumurta tələbinin olduğunu bildirib.

Yumurta tələbinin Birliyə İran Səfirliyi tərəfindən çatdırıldığını vurğulayan Konya deyib ki, İran Səfirliyi əlaqə saxlayaraq, ölkədəki quş qripindən asılı yumurta qiymətlərinin artdığını bildirdi və yumurta idxalının olmasını istədi. Biz də köməklik göstərə biləcəyimizi söylədik. İki həftə əvvəl yumurta ixracına start verildi.

İranda quş qripinə görə yumurta istehsalında ciddi problemlərin yaşandığını, ölkədə 70 faizə yaxın toyuğun məhv edildiyini vurğulayan Konya bundan asılı olaraq yumurta qiymətlərində həddən artıq artım olduğunu ifadə edib.

Yumurta İstehsalçıları Mərkəzi Birliyinin (YUM-BİR) icra heyəti başçısı Həsən Konya Türkiyənin Orta Şərq ölkələrinə 2 min tır yumurta satışını planlaşdırdığını da söyləyib.


Etiketlәr: #yumurta , #İran , #ixrac

Әlaqәli Xәbәrlәr