Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan: Sudan ilə iki gündə 21 müqavilə imzalandı

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Sudana səfərinin son günündə Türkiyə-Sudan iş forumunda çıxış edib.

875592
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan: Sudan ilə iki gündə 21 müqavilə imzalandı

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Sudana səfərinin son günündə Türkiyə-Sudan iş forumunda çıxış edib.

Türkiyə ilə Sudan arasında 500 milyon dollar olan ticarət həcmində hədəfin 10 milyard dollar olduğunu dilə gətirən dövlət başçısı Ərdoğan iş adamlarını sərmayə qoymağa çağırıb.

Dövlət başçısı Afrikanın iş gücünə bələd olan bir ölkə kimi güclü əlaqələr qurduqlarını bildirərək deyib ki, əlaqələrimizi daha da gücləndirmək üçün səfər zamanı yüksək səviyyəli strateji əməkdaşlıq şurasını təşkil etdik. Bu mexanizm sayəsində iqtisadiyyat və ticarət əlaqələrimizdə yeni addımlar atılacaqdır. 21 müqaviləni iki gündə imzaladıq. İş adamlarını bu gözəl ölkədə  sərmayə qoymağa dəvət edirik.  

Bu arada dövlət başçısı Ərdoğana Sudanda Dostlar Məclisində keçirilən mərasimdə Xartum universiteti tərəfindən hüquq sahəsində fəxri doktor ünvanı təqdim edilib.

Mərasimdə çıxış edən dövlət başçısı Ərdoğan Sudanlılara qonuqpərvərliklərinə görə minnətdarlığını dilə gətirib.



Әlaqәli Xәbәrlәr