“Antalya 2018-ci ildə turizm sahəsində rekord qıracaq”

2017-ci ildə Antalyaya gələn turist sayı 10 milyon 500 min olub.

875250
“Antalya 2018-ci ildə turizm sahəsində rekord qıracaq”

Antalya valisi Münir Karaloğlu Anadolu xəbər agentliyinə məlumat verərək deyib ki, bu il Türkiyə və Antalya üçün turizm cəhətdən xeyli səmərəli il oldu. 2017-ci il ərzində 10 milyon 500 min turisti şəhərimizdə qonaq etdik.

Əvvəlki illə müqayisədə turizmdə 60 faiz artım olduğunu qeyd edən Karaloğlu dünyada heç bir destinasiyada iki il arasında 60 faiz böyümə olmamışdır. Antalya bu sahədə bir ilki bacardı.

Rezervasiya rəqəmlərinə nəzər salaraq 2018-ci ilin yaxşı keçəcəyini bildirən vali Karaloğlu 2018-ci ildə 13-14 milyona yaxın turist hədəf götürdüklərini söyləyib.

Karaloğlu həmin uğuru başqa sahələrdə də göstərən Antalyada ixracda da 20 faiz artım olduğunu dilə gətirib.



Әlaqәli Xәbәrlәr