Turistlərin 63 faizinin seçimi İstanbul və Antalya oldu

Türkiyəyə yanvar-oktyabr ayları arasında 29 milyondan artıq xarici turist gəldi. Onların 63 faizinin seçimi Antalya və İstanbul oldu.

864135
Turistlərin 63 faizinin seçimi İstanbul və Antalya oldu

Türkiyəyə yanvar-oktyabr ayları arasında 29 milyondan artıq xarici turist gəldi. Onların 63 faizinin seçimi Antalya və İstanbul oldu.

Türkiyəni həmin dövrdə 100-dən artıq ölkədən 20 milyon 53 min 450 xarici turist ziyarət etdi.

Ölkəyə gələn xarici turist sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 28.01 faiz artmışdır.

Türkiyəyə ən çox turist isə Rusiyadan gəldi. Bu dövrdə Türkiyəyə Rusiyadan 4 milyon 565 min 275, Almaniyadan 3 milyon 336 min 7, İrandan 2 milyon 118 min 263, Gürcüstandan 2 milyon 71 min 838, İngiltərədən 1 milyon 576 min 783 turist gəlmişdir.

Bundan əlavə Bolqarıstandan 1 milyon 541 min 458, Ukraynadan 1 milyon 212 min 644 nəfər Türkiyəni ziyarət etdi. Azərbaycan, İraq, Səudiyyə Ərəbistanı, Fransa, Hollandiya, Yunanıstan da hərəsindən 500 mindən artıq turistin gəldiyi ölkələrdir.

Ən çox turist 9 milyon 255 min 267 nəfərlə Antalyaya gəldi. Antaliyanı 9 milyon 8 min 643 nəfərlə İstanbul təqib etdi. Başqa sözlə deməli olsaq Türkiyəyə gələn xaricilərin 63 faizinin seçimi Antalya və İstanbul olmuşdur.

2017-ci ilin təqribən 32 milyon xarici turistlə yekunlaşması gözlənilir.



Әlaqәli Xәbәrlәr