Türkiyə-İran birgə iqtisadi komissiya yığıncağı Tehranda keçirildi

Tehranda keçirilən yığıncaqda iki ölkə arasında texniki xidmət və mühəndislik sahəsində illik 10 milyard dollar ticarət həcminin hədəf götürüldüyü saziş imzalandığı bildirilib.

855820
Türkiyə-İran birgə iqtisadi komissiya yığıncağı Tehranda keçirildi

Türkiyə-İran 26-cı Birgə İqtisadi Yığıncağı Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybəkçi və İranın Sənaye, Mədən və Ticarət Məhəmməd Şəriətmedarinin bərabər sədrliyində İranın paytaxtı Tehranda keçirildi.

Zeybəkçi yığıncağın bağlanış hissəsində etdiyi çıxışda iki ölkə arasında önəmli qərarlar qəbul edildiyini bildirib.  

İki ölkənin güclü iqtisadi qurğuya sahib olduğunu qeyd edən Zeybəkçi iki ölkə arasında qəbul ediləcək yekun sərbəst ticarət sazişinin dünyaya nümunə olmasının vacibliyini dilə gətirib.

Nazir Zeybəkçi Türkiyə ilə İran arasında yüzlərlə ortaq şirkətin qurulmasına ümid etdiklərini və bunun iki qardaş ölkə arasında təşkil ediləcək yeni ticarət anlayışla mümkün ola biləcəyini vurğulayıb.

Tehranda keçirilən yığıncaqda iki ölkə arasında texniki xidmət və mühəndislik sahəsində illik 10 milyard dollar ticarət həcminin hədəf götürüldüyü saziş imzalandığı bildirilib.



Әlaqәli Xәbәrlәr