"İngiltərə ilə ticarət həcmi 17 milyard dolları keçib", B.Yıldırım

Baş nazir Binəli Yıldırım İngiltərə ilə ticarət həcminin 17 milyard dolları ötdüyünü bildirib.

855918
"İngiltərə ilə ticarət həcmi 17 milyard dolları keçib", B.Yıldırım

Baş nazir Binəli Yıldırım İngiltərə ilə ticarət həcminin 17 milyard dolları ötdüyünü bildirib.

Baş nazir Yıldırım rəsmi səfərdə olduğu İngiltərənin paytaxtı Londonda sərmayədarlarla bir araya gəldiyi toplantıda çıxış edib.

Yıldırım deyib ki, Birləşmiş Krallıq Türkiyənin ən böyük ixrac reallaşdırdığı ikinci ölkədir. Keçən il nəzərdə tutulduqda ikili ticarət həcmimiz 17 milyard dolları ötüb. Bu, 20 milyard dollarlıq hədəfə yaxınlaşdığımızı göstərir.

Səfəri zamanı tək və ikitərəfli görüşlərlə yanaşı müxtəlif qurum və şəxslərlə bir araya gəldiklərini bildirən Yıldırım vurğulayıb ki, mövcud problemlərdən danışıldı. Türkiyədəki mikanlar barədə məlumat çatdırıldı.

Türkiyənin coğrafi mövqeyinə görə mərkəzdə yerləşdiyini vurğulayan Baş nazir Yıldırım bildirib ki, Türkiyə elə bir bölgədə yerləşib ki, ətrafındakı coğrafiyada- Balkanlar, Orta Şərq- 4 saatlıq bir uçuşla 60-a yaxın ölkəyə çatmaq mümkündür. 1,5 milyard insanın yaşadığı bir coğrafiyadan danışırıq. Türkiyədə qoyulacaq sərmayə ölkəmizlə məhdud deyildir.

Fəlakət ssenarilərinə baxmayaraq Türkiyənin 2017-ci ilin ilk yarısında 5 faizin üzərində böyüdüyünü bildirən Yıldırım “Cari ilin axırında böyümə nisbətimiz 6-7 faiz arasında olacaqdır. Türkiyədə real səktör güclənməkdə davam edir” deyib.

Türkiyənin gənc əhaliyə sabip, bunun da əlavə bir dəstək olduğunu ifadə edən Yıldırım Türkiyənin məşğulluq nisbətində bir çox Avropa ölkəsindən irəlidə olduğunu söyləyib.



Әlaqәli Xәbәrlәr