Gedelek turşusu dünya süfrələrində

Türkiyədə və xaricdə turşusu ilə məşhur olan Bursanın Orhanqazi rayonunun Gedelek Məhəlləsindəki sexlərdə və evlərdə turşu istehsal edilir.

837769
Gedelek turşusu dünya süfrələrində

Türkiyədə və xaricdə turşusu ilə məşhur olan Bursanın Orhanqazi rayonunun Gedelek Məhəlləsindəki sexlərdə və evlərdə turşu istehsal edilir.
 
 Keçmişdə kənd olan, təxminən 1800 nəfərin yaşadığı məhəllədə irili-xırdalı 70 emalatxanada istehsal olunan turşular daxili və xarici bazarlara göndərilir.
 
 Gedelek məhəlləsinin muxtarı Mehmet Dönməz məhəllələrinin "turşunun mərkəzi"adlandırıldığını bildirərək:" Daha əvvəl kənd statusunda olan Gedelekdə son 60 ildir ki, turşu işi ilə məşğul olmayan insan yoxdur. Burada turşu sektoru hər  gün daha da inkişaf edir" dedi.
 
 Dönməz Suriyalı qaçqınların də regionlarında turşu istehsal edən sexlərdə işlədiklərini vurğuladı.

 Son illərdə Orhanqazi Bələdiyyəsi və Orhanqazi Ticarət və Sənaye Palatasının böyük dəstək göstərdiyini qeyd edən   Dönməz coğrafi işarə və ad hüququna malik  olduqlarını, hər turşunun "Gedelek" markası ilə satılmayacağını  söylədi.
 
 Türkiyənin hər bölgəsindən məhəllələrinə tərəvəz gəldiyini dilə gətirən Dönməz: "Bursa, Balıkesir, Çanaqqala, Afyonkarahisar, Antalya, Qaziantep, İzmir, Antalyadan tərəvəz gəlir, burada turşu olur. Sonra bu turşular  Türkiyənin ən ucqar nöqtəsinə qədər gedir. Bundan başqa, Azərbaycan, Gürcüstan, Qətər, Səudiyyə Ərəbistanı və Almaniya kimi ölkələrdə də turşularımız satılır" dedi.



Әlaqәli Xәbәrlәr