"2018-ci ildə də millətimizə xidmət edəcək bir büdcə təqdim edirik", N.Ağbal

AK Partiya Mərkəz Rayon Rəhbərliyinin şair Zihni Mədəniyyət Mərkəzində keçirilən VI Fövqəladə Konqresində etdiyi çıxışında Maliyyə naziri növbəti büdcə ili hazırlıqlarından bəhs edib.

831986
"2018-ci ildə də millətimizə xidmət edəcək bir büdcə təqdim edirik", N.Ağbal

  Türkiyənin Maliyyə naziri Naci Ağbal 2010-2017-ci illər arasında Türkiyənin 6 faizdən artıq inkişaf etdiyini söyləyib.

  AK Partiya Mərkəz Rayon Rəhbərliyinin şair Zihni Mədəniyyət Mərkəzində keçirilən VI Fövqəladə Konqresində etdiyi çıxışında növbəti büdcə ili hazırlıqlarından bəhs edən N.Ağbal deyib:

  "2010-cu ildə 2009-cu ilə nisbətən Türkiyənin büdcəsinin milli gəlir kəsiri 5,5 faiz idi, biz bu rəqəmi 1-2 faizə endirdik. Bu günlər maliyyə müşavirlərinin ən çətin zamanlarıdır. Amma nə qədər çətinlik olursa olsun, biz 2018-ci ildə də millətimizə xidmət edəcək bir büdcə hazırlayırıq.

  Keçən il büdcənin 90 faizi təhsil, səhiyyə, infrastruktur, müdafiə sistemi və təhlükəsizliyə ayrılmışdı. AK Partiya hökumətinin ən əhəmiyyətli prioritetlərindən biri olan təhsilə 2018-ci ildə büdcədən ən çox pul veririk, 130 milyard lira bu ölkənin təhsili və sabahlarına ayrıldı.

  Büdcədən ən böyük ikinci pay isə səhiyyəyə düşdü. Bu qədər dövlət xəstəxanaları tikirik. Sağlamlıq insanların haqqıdır. Ona görə büdcədən böyük pul ayırdığımız yerlərdən biri səhiyyə oldu.

  Vətəndaşdan aldığımızı vətəndaşa xidmət olaraq qaytarırıq. Bu baxımdan, Allaha şükürlər olsun, iqtisadiyyatımız möhkəm, bank sistemimiz güclü, ictimai maliyəmiz çoxdur. Bu gedişlə 2019-cu ilə qədər Türkiyə 5 faiz inkişaf edəcək, 3 milyon 200 min adam isə yeni iş yerlərilə təmin olunacaq, ölkə yüksək böyümə nisbətilə yoluna davam edəcək." 



Әlaqәli Xәbәrlәr