"Təkcə Antalya Hollandiya qədər meyvə-tərəvəz istehsal edir", B.Tüfenkci

Türkiyənin Gömrük və Ticarət naziri Bülent Tüfenkci ölkənin dünya tərəvəz istehsalında 4, meyvə istehsalında isə 10-cu sırada yer aldığını söylədi.

831803
"Təkcə Antalya Hollandiya qədər meyvə-tərəvəz istehsal edir", B.Tüfenkci

   Antalyanın Belek qəsəbəsində Türkiyə Tərəvəzçilər, Meyvəçilər və Səyyar Satıcılar Federasiyaaının Şura və Qiymətləndirmə Sessiyasında çıxışında B.Tüfenkci deyib:

  “Satıcı yağışda, qarda daim dəzgahını daim açıq saxlamağa çalışan biridir. Türkiyə tərəvəz və meyvə ticarətinə xüsusi əhəmiyyət verir. Adamlar tərəvəz və meyvəni ucuz alıb yeyə, istehsalçı da gəlir əldə edə bilsin deyə bir mexanizmi qurmaq üçün səy göstəririk. Türkiyə bu sahədə mühüm istehsal potensialına malikdir. Son məlumatlara görə, istehsal etdiyimiz ümumi tərəvəz və meyvə miqdarı 49 milyon tondur. Türkiyə dünyada tərəvəz istehsalında 4, meyvə istehsalında 10-cu yerdədri. Təkcə Antalya Hollandiya qədər meyvə-tərəvəz istehsal edir".



Әlaqәli Xәbәrlәr