Dünya Bankı Türkiyə iqtisadiyyatına münasibət bildirib

Türkiyənin bu ilki İqtisadi artım proqnozunu, 5 və ya 5,1 seviyyəsində saxlayırıq. Bunu dünya bankının direktörü Johanssen Zutt deyib.

829711
Dünya Bankı Türkiyə iqtisadiyyatına münasibət bildirib

 Zutt, Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) - Dünya Bankının İllik İclaslarından sonra verdiyi açıqlamada yeni artım proqnozlarının, BVF-nin ötən həftə açıqladığı rəqəmlərə yaxın olmasını gözlədiyini ifadə edərək, “Türkiyenin 2017-ci il iqtisadi artım proqnozunu BVF-nin gözləntisinə yaxın olaraq 5% və ya 5,1% seviyyəsində saxlayacayıq. Çünkü ilin ikinci rübdəki güclü çıxışın üçüncü rübdə də davam edəcəyinə inanırıq. Türkiyenin bir çox təşkilatı təəccübləndirən güclü böyüməsində hökumətin izlədiyi maliyyə siyasətin mühüm rolu var. Göstəricilərə görə Türk hökumətinin gələcək 3 il üçün müəyyənləşdirdiyi 5,5% iqtisadi artım hədəfinə nail olma ehtimalı yüksəkdir. Türkiyəni ziyarət edən turist sayı da hər il artmaqda davam edir” deyə Zutt vurğulayıb.



Әlaqәli Xәbәrlәr