BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) hesabatında Türkiyə vurğulandı

UNWTO avtust ayına olan turizm hesabatında “Cənub və Aralıq dənizi Avropasında turizm destinasiyalarından xüsusilə Türkiyənin 24 faiz artımla bölgədəki inkişafda təsirli rol götürdüyü bildirilib.

810747

Üç aydan bir yayımlanan hesabatda Türkiyənin artan turizm potensiyalına dair dəyərləndirmələr də yer tutub.

İlin ilk 6 aylıq beynəlxalq turist hərəkəti, turizm gəlirləri və xərclərlə əlaqəli məlumatların yer tutduğu hesabatda bu dövrdə dünya miqyasında 598 milyon turistin səyahət etdiyi bildirilib.

Bu rəqəmin keçən ilin müvaqif dövrü ilə müqayisədə 36 milyon turist artımı ilə 6 faizlik böyüməni ifadə etdiyi hesabatda bunun 2010-cu ildən etibarən ilk 6 ayda müşahidə edilən ən güclü böyümə olduğu qeyd edilib.

İlin ilk 6 ayındakı turizm xərclərinə dair dəyərləndirmədə 2017-ci ilin ilk 6 ayında Rusiya Federasiyasının əsas bazarının Türkiyə olduğu vurğulanıb.

Hesabatda həmçinin turizm xərclərində artım göstərən ölkələr arasında Çin, Ukrayna, Birləşmiş Krallıq, Çexiya və Taylandın olduğu bildirilib.

Әlaqәli Xәbәrlәr