Türkiyədən Rusiyaya pomidor satışı maneələri aradan qalxır

Antalyada 15 sentyabrda başlayan Rusiya-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 1-ci Sessiyası ayın 16-da yekunlaşdı.

807919
Türkiyədən Rusiyaya pomidor satışı maneələri aradan qalxır

  İclasda iki ölkənin tələb və istəklərinin bir araya gətirildiyi anlaşma imzalanıb.

  Türkiyə Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq nazirinin müavini Mehmet Daniş deyib: "Gözlədiyimiz Rusiyaya pomidor ixracı məsələsi çox qısa müddətdə - qarşıdakı bir neçə ay ərzində həllini tapacaq."

  Rusiya Federasiyası Kənd Təsərrüfatı naziri müavini Yevqeni Qramiko da: "Pomidor ixracıyla bağlı konkret tarix demək çətindir. Amma çox güman ki, aylar sürmədən qərar qəbul olunacaq", - deyib.



Әlaqәli Xәbәrlәr