“Fitch” Beynəlxalq Reytinq Agentliyi Türkiyə ilə əlaqəli proqnozlarını yenidən dəğərləndirəcək

İnkişaf yolunda addımlayan Avropa Reytinqlərinin sədri Paul Gamble Türkiyədə hökumətin gördüyü tədbirlərin  iqtisadiyyat üçün faydalı olduğunu  gördüklərini deyib.

807798
“Fitch” Beynəlxalq Reytinq Agentliyi Türkiyə ilə əlaqəli proqnozlarını yenidən dəğərləndirəcək

“Fitch” Beynəlxalq Reytinq Agentliyi Türkiyə ilə əlaqəli proqnozlarını yenidən dəğərləndirəcək.

İnkişaf yolunda addımlayan Avropa Reytinqlərinin sədri Paul Gamble Türkiyənin ilin ikinci rübünə dair rəqəmlərin çox yaxşı olduğunu, bu rəqəmlərin ilin ilk rübündə yaxşı olan inkişaf rəqəmlərini təqib etdiyini bildirərək deyib ki, Türkiyədə hökumətin gördüyü tədbirlərin  iqtisadiyyat üçün faydalı olduğunu  gördük. Bu tədbirlərdə bəzi faktlar maliyyə təşviqi tərzində, Kredit Qaranti Fondu vasitəsilə oldu. Türkiyədə ilin üçüncü rübündə də inkişafın güclü olacağını gözləyirik. Türkiyə xarici şərtlərdəki yaxşılaşmadan istifadə edir.

Gamble son dövrdə müxtəlif beynəlxalq maliyyə quruluşlarının Türkiyənin böyümə proqnozlarını artırmasına da toxunaraq deyib ki, iyun ayında Türkiyə ilə əlaqəli böyümə proqnozumuzu əhatəli şəkildə artırdıq. Türkiyə ilə əlaqəli bu il üçün böyümə proqnozumuzu 2,4 faizdən 4,7 faizə çıxardıq.  Rəqəmlər gözlədiğimizdən daha yüksək gəldi. Güclü məhsuldarlığı işığında Türkiyəyə ilə maraqlanacağıq.



Әlaqәli Xәbәrlәr