Beynəlxalq sərmayədarlar Türkiyənin inkişaf proqnozunu açıqladı

Amerika beynəlxalq maliyyə xidmətləri və investisiya bankçılığı təşkilatları Türkiyənin il sonuna qədər iqtisadi inkişaf ehtimalının yüksəldiyini bildirib.

805448
Beynəlxalq sərmayədarlar Türkiyənin inkişaf proqnozunu açıqladı

  Beynəlxalq sərmayədarlar Türkiyənin inkişaf proqnozunu yüksək olaraq dəyərləndirdi.  

  Beynəlxalq investisiya bankı “Goldman Sachs” Türkiyənin bu ilin üçüncü rübündə 7 faiz inkişaf edəcəyini açıqlayıb. Bankın yaydığı hesabatda Türkiyə iqtisadiyyatının bu ilin sonuna qədər 5 faiz irəliləcəyini, ilin üçüncü rübündə geniş baza təsirilə inkişafın 7 faiz ətrafında olacağı yazılıb.

  Amerika beynəlxalq maliyyə xidmətləri və investisiya bankçılığı təşkilatı “Morgan Stanley” də Türkiyənin il sonuna qədər iqtisadi inkişaf ehtimalının yüksəldiyini bildirib. Açıqlamada Türkiyə iqtisadiyyatının bu il üçün nəzərdə tutulan inkişaf nisbətinin 3,3-dən 4,3 faizə qalxacağı qeyd edilir.

  Amerikanın investisiya bankı “J.P.Morgan” da dərc etdiyi hesabatda Türkiyənin 2017-ci ildə inkişaf ehtimalını 4,6-dan 5,3 faizə yüksəldib.

  Yaponiyanın maliyyə qurumu “Nomura” qiymətləndirmə hsabatında 2017-ci illə bağlı Türkiyənin inkişaf proqnozunu 4,2-dən 5,5 faizə qalxacağını yazıb.



Әlaqәli Xәbәrlәr