Türkiyə dünyanın 10, Avropanın ilk üç iqtisadiyyatından biri olacaq

BunuTürkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi Dənizlidəki çıxışı zamanı söylədi.

799919
Türkiyə dünyanın 10, Avropanın ilk üç iqtisadiyyatından biri olacaq

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi 2017-ci ilin Türkiyənin iqtisadi böyümədə yüksəlmə ili olduğunu bildirdi.
 
 Dənizlidə çıxış edən iqtisadiyyat naziri beynəlxalq  kredit reytinqi təşkilatı Moody's-in hesabatındakı Türkiyənin 2017-ci il üçün iqtisadi artım göstəricilərinə  diqqət çəkdi.
 
Zeybəkçi:"Moody's Türkiyənin böyümə rəqəmlərini ikinci dəfə yoxlayır. İkinci rübə aid böyümə rəqəmləri  sentyabrın 11-12-də açıqlanacaq. Türkiyə üçüncü rübdə 7- 7,5 səviyyəsində böyümə əldə edəcək. İxrac rəqəmləri də gözləniləndən yüksək olacaq" dedi.
 
Nazir Beynəlxalq Valyuta Fondunun (İMF)  Türkiyə iqtisadiyyatının satınalma gücünə görə  13-cü yerdə olduğuna dair açıqlamasını xatırlatdı, Türkiyənin dünyanın ilk 10 böyük iqtisadiyyatından biri, Avropanın da ilk üç iqtisadiyyatından biri olma hədəfinə çatacağını söylədi.



Әlaqәli Xәbәrlәr