“Enerjisa” şirkətinin ilk günəş enerjisi ilə işləyən stansiyası istifadəyə verildi

Balıkəsir şəhərinin Bandırma qəsəbəsində qurulan 2 meqavat gücündəki ilk günəş enerjisi ilə işləyən stansiya (GES) elektirik enerjisi istehsal etməyə başlayıb.

795309
“Enerjisa” şirkətinin ilk günəş enerjisi ilə işləyən stansiyası istifadəyə verildi

“Enerjisa” şirkətinin 2 milyon dollar məbləğindəki sərmayəsi ilə Balıkəsir şəhərinin Bandırma qəsəbəsində qurduğu 2 meqavat gücündəki ilk günəş enerjisi ilə işləyən stansiyası (GES) elektirik enerjisi istehsal etməyə başlayıb.

“Enerjisa”nın yaydığı məlumatda şirkətin ilk günəş enerji stansiyasının 2,5 ayda tamamlandığı və bununla da min 500 evin elektirik enerjisi ehtiyacının ödəniləcəyi bildirilib.

Açıqlamada yerli və yenilənə bilən enerji mənbələrinə üstünlük verildiyi, bu sahədəki sərmayə qoyuluşlarının qısa müddət ərzində 7 meqavatlıq ikinci stansiyanın işə daxil olması ilə davam etdiriləcəyi diqqətə çatdırılıb.



Әlaqәli Xәbәrlәr