BTC vasitəsilə Ceyhana 365 milyon ton xam neft daşındı

Birinci yarımil ərzində isə BTC vasitəsilə təqribən 17 milyon ton (125 milyon barel) xam neft ixrac olundu.

792479
BTC vasitəsilə Ceyhana 365 milyon ton xam neft daşındı

Bakı-Tblisi-Ceyhan (BTC) boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2017-ci il iyun ayının sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 365 milyon ton (təxminən 2,74 milyard barel) xam neft danışıb. Ceyhanda isə 3584 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

British Petroleum (BP) Azərbaycan Oofisindən yayılan məlumata əsasən, birinci yarımil ərzində isə BTC vasitəsilə təqribən 17 milyon ton (125 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 159 tankerə yüklənib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.



Әlaqәli Xәbәrlәr