Türkiyə iki avtomobil nəhənginin istehsal mərkəzi olacaq

Bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi özəl kanala verdiyi müsahibədə bildirdi.

791259
Türkiyə iki avtomobil nəhənginin istehsal mərkəzi olacaq

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi Türkiyənin dünya səviyyəsindəki 2 avtomobil nəhənginin istehsal mərkəzi olacağını söylədi.

Özəl kanalda gündəmə dair şərhlər verən Zeybəkçi hökumətin hədəflərinin 2017-ci ilin sonunda işsizlik  və inflyasiyanın birrəqəmli səviyyədə qalması olduğunu bildirdi.

İqtisadiyyat naziri yerli avtomobil istehsalında irəliləyişlərin olduğunu da qeyd edərək:" Avtomobil sənayesində 2 nəhəng markanın ən əhəmiyyətli istehsal mərkəzi olmağı planlaşdırmışıq. Təsirli bir iqtisadiyyata malik olmaq üçün maliyyə mərkəzi mövqeyinin əldə olunması zəruridir" dedi.

 

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr