Toyota və Mazda ABŞ-da birgə şirkət qurur

ABŞ prezidenti Donald Tramp şəxsi media hesabından paylaşıb.

784306
Toyota və Mazda ABŞ-da birgə şirkət qurur

  Yaponiyanın avtomobil istehsalçıları “Toyota” və “Mazda” Amerika Birləşmiş Ştatlarında birgə maşınqayırma zavodu quracaq.

  ABŞ prezidenti Donald Tramp şəxsi media hesabından paylaşıb: "Toyota” və “Mazda” ABŞ-da 1,6 milyard dollarlıq yeni zavod qurur və amerikalılar üçün 4 min nəfərlik iş yeri yaradır. Bu, Amerika sənayesi üçün böyük sərmayədir… Bundan başqa, “Apple” şirkətinin ən böyük tədarükçülərindən olan Tayvanın “Foxconn” texnologiya şirkəti Viskonsin (Wisconsin) ştatında 10 milyard dollarlıq fabrika sərmayəsi qoyacaq.

  “Toyota” və “Mazda” ortaq maşıqnaqırma şirkəti ABŞ-da ildə təxminən 300 min nəqliyyat vasitəsi istehsal edəcək. 2021-ci ildə istifadəyə verilməsi planlaşdırılan yeni zavodda “Mazda”nın ABŞ bazarına yeni keçid vasitələri və “Toyota Corolla” modeli istehsal olunacaq.



Әlaqәli Xәbәrlәr