Türkiyənin turizm gəliri artıb

Türkiyənin turizm gəliri, ilin ikinci rübündə ötən ilin müvafiq dövrünə müqayisədə 8,7% artaraq 5 milyard 413 milyon 48 min dollar olub.

780639
Türkiyənin turizm gəliri artıb

Dövlət Statistika komitəsinin ilin ikinci rübünə dair turizm hesabatında turizm gəlirinin 81,3% xarici turistlərdən, 18,7% isə xaricdə yaşayan Türk vətəndaşlarından təmin olunduğu bildirilib.

Türkiyədən ayrılan ziyarətçi sayı isə, ilin ikinci dörddəbirində ötən ilin eyni dövrünə görə 18,3% artaraq 8 milyon 863 min 391 nəfər olub. Bunların 86,6%-sı xarici, 13,4-ü xaricdə yaşayan Türk vətəndaşlarıdır.

Ölkə daxilindən başqa ölkələrə səyahət edənlərin sayında isə ötən ilin müvafiq dövrünə görə azalma qeydə alınıb.



Әlaqәli Xәbәrlәr