“Bosch şirkəti Türkiyədəki investisiya həcmini artırır”

Almaniya xarici işlər naziri Sigmar Gabrielin, dünən iqtisadiyyatı hədəf götürən açıqlamasına Almaniyanın nəhəng şirkətlərindən Bosch mənalı cavab verib.

775077
“Bosch şirkəti Türkiyədəki investisiya həcmini artırır”

Almaniya ilə Türkiyə arasında yaşanan siyasi gərginliyə baxmayaraq Boschun Türkiyə və Orta Şərq üzrə rəhbəri Steven Young açıqlamasında: İnvestisiyalarımıza 2017-ci ildə də davam edirik. Bu il Türkiyədə qrup olaraq həyata keçirilən investisiya miqdarı 650 milyon lirə olacaq. Bunun böyük hissəsi Bursa vilayətində həyata keçiriləcək. Türk iqtisadiyyatı 2016-cı ildə böyüdüyü üçün ticarət dövriyyəmiz 14% artaraq 12 milyard lirəyə çatdı. Ötən il Türkiyədəki sərmayə qoyuluşumuz 750 milyon lirə olmuşdur. Türkiyə, Bosch üçün çox əhəmiyyətli bir ölkə hesab edilir. Türkiyə ilə Almaniya arasında yaranan gərginlik bu ölkədəki fəaliyyətlərimizə mənfi təsir etməməlidir” deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr