“Neft və təbii qaz seysmik axtarışı davam edir”, B.Albayrak

22-ci Beynəlxalq Neft Konqresi çərçivəsində İstanbulda təşkil edilən “Dewhurst” mükafatlandırma mərasimində iştirak edən B.Albayrak çıxışında deyib.

767442
“Neft və təbii qaz seysmik axtarışı davam edir”, B.Albayrak

  Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrak ölkənin sülhə, rifaha və ərazi təhlükəsizliyinə qatqı təmin edəcək bütün layihələrə dəstəyin davam edəcəyini söyləyib.

  22-ci Beynəlxalq Neft Konqresi çərçivəsində İstanbulda təşkil edilən “Dewhurst” mükafatlandırma mərasimində iştirak edən B.Albayrak çıxışında deyib:

  “9 ay əvvəl keçirilən 23-cü Beynəlxalq Enerji Konqresi, sonra təkrar İstanbulda bir araya gəldiyimiz indiki Beynəlxalq Neft Konqresi neft və qaz sənayesinin olimpiadaları kimi olub. Bu konqres neft və qaz sənayesilə bağlı bir çox mövzu və imkanları danışmaq üçün gözəl fürsətdir.”

  Enerji sektoruna böyük bir tələb olduğunu, son 15 ildə Türkiyədə orta hesabla 5 faiz iqtisadi inkişaf qeyd edildiyi və Türkiyənin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri arasında lider ölkələrdən biri olduğunu nəzərə çatdıran Albayrak Türkiyənin enerji sektoru və investisiyalarıyla da bağlı məlumat verərək deyib: “Türkiyə neft və təbii qaz axtarış və istehsalında sərmayələri artırmaq yolundadır. Aralıq dənizi və Qara dənizdə neft və təbii qaz seysmik axtarışı davam edir.”



Әlaqәli Xәbәrlәr