Dünyanın ən böyük dənizaltı tuneli və ən uzun dəniz körpüsü yenə bu ölkədə oldu

Məlumatı Çin Kommunist Partiyasının rəsmi orqanı “Xalqın gündəliyi” qəzeti yayıb.

767134
Dünyanın ən böyük dənizaltı tuneli və ən uzun dəniz körpüsü yenə bu ölkədə oldu

  Çində dünyanın ən böyük dənizaltı boru tunel keçid layihəsi olan Cuhay-Hong Kong-Makao dənizaltı yolu və eyni istiqamətdə dünyanın ən uzun dəniz körpüsünün inşası tamamladı.

  Məlumatı Çin Kommunist Partiyasının rəsmi orqanı “Xalqın gündəliyi” qəzeti yayıb.

  Çində 6,7 kilometr uzunluğunda dünyanın ən böyük sualtı yolunun inşası sona çatıb. Layihədə 30 boru hissəsi 40 metr dərinlikdə bir-birinə qaynaq edilərək birləşdirilib. Onunla eyni vaxtda inşaatına başlanılan 55 kilometrlik dünyanın ən böyük dəniz körpüsü də tamamlanıb.

  Quanqdonq (Guangdong) əyalətindəki liman şəhəri Cuhayla ölkənin Honq Konq və Makaonu bir-birinə bağlayacaq boru keçid körpüsü bu ilin sonunda xidmətə veriləcək. Bununla üç şəhər arasındakı dörd saatlıq yol yarım saata enəcək.

  Qeyd edək ki, Ginnes rekordlar kitabında dünyanın ən uzun körpüsü Çindəki Ciangsu əyalətinin paytaxtı Nancinqi Şanxay şəhərinə bağlayan 164 kilometrlik Danyanq-Kunşan köprüsüdür. Dünyanın ən uzun dəniz körpüsü də Çindədir. Bu, 36 kilometrlik Şanxay-Ningbo körpüsüdür.



Әlaqәli Xәbәrlәr