Türkiyənin istehlak və istehsal qiymətlərində artma və azalma

Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumatına görə ...

763318
Türkiyənin istehlak və istehsal qiymətlərində artma və azalma

  Türkiyənin istehlak qiymət indeksi 2017-ci ilin iyunda 0,27 faiz azalıb, ölkəiçi istehsal qiymət indeksi isə 0,07 faiz artıb. İllik inflyasiya istehlak qiymətlərində 10,90, ölkəiçi istehsal qiymətlərində isə 14,87 faiz olub.

  Türkiyə Statistika Qurumunun məlumatına görə, iyun ayından başlayaraq 12 aylıq orta dəyər istehlak qiymətlərində 9,36, ölkəçi istehsal qiymətlərində 9,98 faiz artıb.

  Türkiyənin istehlak qiymət indeksi iyunda keçən ilin dekabrı ilə müqayisədə 5,89, keçən ilin eyni dövrünə görə isə 10,90 faiz yüksəlib. Ölkəiçi istehsal qiymət indeksi 2016-ci ilin dekabr ayıla müqayisədə 7,82, keçən ilin eyni ayına nisbətən isə 14,87 faiz artıb.

  Ölkə içində qiymət artımı xiyarda 10,59, acı bibərdə 9,91, almada 9,87, limonda 8,52, badımcanda 7,18, qoyun ətində 6,98, balqabaqda 6,86 və toyuq ətində 5,87 faiz yüksəlib. 

  Keçən ay ən çox qiymət enişi 41,93 faizlə pomidorda olub. Ondan sonra 25 faizlə poçtla banderol göndərmə, 10,92 faizlə kartof, 8,34 faizlə təzə paxla, 8,30 faizlə yumurta, 7,11 faizlə qadın pencəyi, 5,34 faizlə banan, 4,34 faizlə kişi idman formaları və 4,31 faizlə cib telefonu avadanlığı gəlir.



Әlaqәli Xәbәrlәr