Türkiyəyə gələn rus turistlərin sayında artım oldu

Rusiyadan Türkiyəyə turist axınının iki ölkə arasında 2015-ci ildə baş verən böhrandan əvvəlki səviyyəyə çata bilər.

738215
Türkiyəyə gələn rus turistlərin sayında artım oldu
ruslar tatil türkiye.jpg
ruslar.jpg
rus turistler.jpg
rus turistler.jpg
rus turistlerin  tatil tercihleri türkiye.jpg
turist.jpg

Rusiya Turizm Səyahət Agentlikləri Birliyinin (ATOR) sədri Maya Lomidze Rusiyadan Türkiyəyə turist axınının iki ölkə arasında 2015-ci ildə baş verən böhrandan əvvəlki səviyyəyə çata biləcəyini söyləyib.

ATOR-un məlumatına görə, Türkiyəyə 2015-ci ildə 3.65 milyon rus turist gəlib. Keçən il isə bu rəqəm 76 faiz azalaraq 866 minə düşmüşdü.

ATOR-un başçısı Lomidze Rusiyada Türkiyəyə gələcək turist sayının bu il 3.6 milyonu ötəcəyini və 2015-ci il səviyyəsinə yaxınlaşa biləcəyini bildirib.

 Lomidzenin qeyd etdiyinə görə, ilin əvvəlindən Türkiyəyə yaz tətili üçün 700 min paket səyahət satışı reallaşıb.

ATOR-un daha əvvəl yaydığı məlumatına əsasən, Türk otelçilerin may tətilində xaricə getməyi planlaşdıranlar üçün erkən rezervasiya və təqdim etdiyi misilsiz endirimlər sayəsində Türkiyə bu il sektorda mütləq lider oldu.

Xatırladaq ki, 2015-ci ilin noyabr ayında Türk hava məkanını pozan rus təyyarəsinin düşürülməsi nəticəsində iki ölkə arasında böhran baş vermişdi.



Әlaqәli Xәbәrlәr