Trampın büdcə təklifi qənaət tələb edir

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın ölkə iqtisadiyyatını daha sürətli inkişaf etdirmək üçün təxminən 4,1 trilyon dollarlıq 2018 Maliyyə İlinin Büdcə Təklifini Konqresə göndərib.

738287
Trampın büdcə təklifi qənaət tələb edir

  Büdcə təklifi yoxsul amerikalılara təmin edilən qida pullarından tutmuş səhiyyə sigortasına, ictimai dəstəkli tibbi araşdırmadan tutmuş yollara qədər bir çox sahəni əhatə edir.

  Əvvəlki prezident Barak Obamanın səhiyyə sığortası “Obamacare”in ləğv edən təklif paketi həmçinin federal çalışanlara təqaüd hüquqları, kənd təsərrüfatına təşviq, tələbə kreditlərinin dövlət xidməti qarşılığında bağışlanılması kimi proqramlarını da nəzərdə tutur.

  Təklif qanuni qüvvəyə minərsə, ABŞ Ətrafı Mühafizə Agentliyi (EPA), Xarici İşlər və Kənd Təsərrüfatı Nazirliklərinin də olacağı 12 nazirliklə müxtəlif federal təşkilatların xərclərini məhdudlaşdıracaq. Büdcə təklifində nəzərdə tutulan kəsintilər qarşıdakı 10 il ərzində federal hökumətə 1,4 trilyon dollarlıq qənaət təmin edəcəyi təxmin edilir.

  Digər tərəfdən, vergilərin ciddi şəkildə azaldılması planlaşdırılan büdcə təklifində fərdi gəlir vergisi dərəcəsinin üst həddinin 39,6 faizdən 35-ə, təşkilatlar vergisi nisbətinin isə 35-dən 15-ə endirilməsi təklif olunur.

  Bundan başqa, 2018 maliyyə ilində müdafiə xərcləri keçən illə müqayisədə 52 milyard dollar artırılaraq ümumi hesabla 639 milyard dollara çıxarılması nəzərdə tutulur. Daxili Təhlükəsizlik və Ədliyyə Nazirlikləri ilə sərhəd təhlükəsizliyinə ayrılan büdcənin artırılmasını təklif edir. Trampın Meksika sərhədinə divar hörmək istədiyi divar üçün də pul tələb olunur ki, bunun çaliyyə xərci təxminən 1,6 milyard dollar olur.

  Tramp rəhbərliyi infrastruktur layihələri üçün 1 trilyon dollarlıq xüsusi investisiya sahəsi istifadə ediləcək 200 milyard dolları da 2018 maliyyə ili büdcəsinə əlavə edib.

  Tramp rəhbərliyinin sosial sahələrdə kəsintilər nəzərdə tutan büdcə təklifinin Konqresdə necə qarşılanacağı maraqlıdır.



Әlaqәli Xәbәrlәr