Türkiyənin ən az əhalisi olan şəhərinə nəhəng turizm layihəsi

Türkiyənin əhali sayı baxımından ən kiçik vilayəti olan Ardahandakı Yalnızçam dağında həyata keçiriləcək turizm layihəsi üçün 6,2 milyon avroluq sərmayə qoyulacaq.

719394
Türkiyənin ən az əhalisi olan şəhərinə nəhəng turizm layihəsi
Kar yağışı Ardahan.jpg
Ardahanda Childir ko'li muzladi
Ardahan-3

Türkiyənin əhali sayı baxımından ən kiçik vilayəti olan Ardahandakı Yalnızçam dağında həyata keçiriləcək turizm layihəsi üçün 6,2 milyon avroluq sərmayə qoyulacaq.

Türkiyənin əhali sayı baxımından ən kiçik vilayəti olan Ardahandakı Yalnızçam dağında Avropa İttifaqının dəstəyi ilə həyata keçiriləcək turizm layihəsi üçün 6,2 milyon avroluq sərmayə qoyulacaq.

Ardahanda yerləşən Yalnızçam dağına Avropa İttifaqının dəstəyi ilə çəkiləcək 3 km-lik müasir kanat yolu xəttinə sahib 6,2 milyon avroluq turizm potensiyalı ilə bölgənin cazibə mərkəzinə çəvriləcək.

Şərqi Anadolu ilə Qara dəniz bölgələri sərhədindəki Qafqazlarda yerləşən Ardahan vilayətindəki Yalnızçam dağında Avropa İttifaqının dəstəyilə müasir xizək mərkəzi inşa edilməsi qərara alınıb. Layihənin həyata keçirilməsi üçün yaxın zamanda fəaliyyətlərə start veriləcək.

Türkiyənin ən müasir kanat yolu layihəsi olacağını bildirən, layihəni təsdiqləyən və ilin axırında tamamlanması planlaşdırılan layihə ilə şəhərin turizm və məşğulluq imkanlarının artırılması və bölgənin dörd mövsüm cazibə mərkəzinə çəvrilməsi hədəf götürülüb.  



Әlaqәli Xәbәrlәr