Qazma gəmisi Qaradəniz və Aralıq dənizində

Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrak yeni alınacaq qazma gəmisinin Qaradəniz və Aralıq dənizində işə başlayacağını söyləyib.

707177
Qazma gəmisi Qaradəniz və Aralıq dənizində

  B.Albayrak deyib:

  "Türkiyə neftlə bağlı istədiyimiz şəkildə deyil. Hədəf 5 milyon ton saxlama həcminə sahib olmaqdır. Lazım olan zamanda çətinlik yaşamamaq üçün Türkiyədə bu addımı həyata keçirməyə başladıq.

  Yerli kömür istehsalı bu günün dünyada üst meyarlar səviyyəsindədir. Nə qədər yerli qaynağımız varsa, bunu sona qədər istifadə etməliyik.

  Türkiyə iqtisadiyyatı üçün fundamental quruluş daşı olan mütəşəkkil sənaye bölgələrimizdə təbii qazın çatmadığı OSB buraxmayacağıq.

  İnkişafa açıq sahəmiz mədənçilikdir. Xüsusi əməkdaşlıqlar qurulacaq və regional araşdırma ilə bağlı müddətə start verəcəyik.

  Türkiyə geofiziki xəritəsi 2018-ci ildə tamamlanacaq. Bütün Türkiyə coğrafiyasının bitki örtüyündən topoqrafik quruluşuna qədər hər cür rentgenini çəkib mədən resursları əldə edəcəyik."



Әlaqәli Xәbәrlәr