“Türk Hava Yolları”nın yeni endirim kampaniyası

“Türk Hava Yolları” (THY) Baltikyanı ölkələrə yeni endirim kampaniyasına start verib.

699860
“Türk Hava Yolları”nın yeni endirim kampaniyası

“Türk Hava Yolları” (THY) Baltikyanı ölkələrə yeni endirim kampaniyasına start verib.

THY Latviya, Litva və Estoniyaya vergilər də daxil olmaqla 159 dollardan (iki tərəfə) başlayan qiymətlərlə uçuş imkanı təqdim edir.

Məhdud sayda bilet üçün qüvvədə olan kampaniyadan istifadə etmək istəyən sərnişinlər biletlərini 27 mart-15 aprel tarixlərində satın alacaqları təqdirdə 1 may-30 iyun tarixlərində səyahət edə biləcəklər.

Bu bilet qiymətləri THY-nın rəsmi internet saytı üçündür.

Sərnişinlər detallı məlumatı "www.turkishairlines.com" internet ünvanından və "444 0 849" nömrəli çağrı mərkəzindən yaxud da satış ofislərindən  öyrənə bilərlər.

 



Әlaqәli Xәbәrlәr