Maliyyə nazirləri və Mərkəz Bank nümayəndələri bir araya gəldi

G 20 üzvü olan ölkələrin Maliyyə nazirləri və Mərkəz Bank nümayəndələrinin bir araya gəldiyi toplantı Almaniyanın dövri sədrliyilə Baden-Baden şəhərində başladı.

693893
Maliyyə nazirləri və Mərkəz Bank nümayəndələri bir araya gəldi

  Toplantıda Türkiyəni Baş nazir müavini Mehmet Şimşək təmsil edir.

  G 20 yığıncaqlarına heyətlə gedən M.Şimşək müxtəlif panellərə qatılacaq, sərmayədar qruplarla görüşəcək, maliyyə sahəsində iqtisadi elastikliyi gücləndirmək, rəqəmsallığı inkişaf etdirmək və Afrikaya investisiya cəlb etmək mövzularını müzakirə edəcək.

  Almaniya Maliyyə naziri Volfqanq Şoyble (Wolfgang Schaeuble) və Bundesbank İdarə Heyətinin sədri Yens Veydman (Jens Weidmann) martın 18-də keçiriləcək mətbuat konfransında danışıqların nəticələrinə dair dəyərləndirmələr aparacaq.

  Maliyyə nazirləri və Mərkəz Bankı idarəçiləri arasındakı danışıqlar 7-8 iyul tarixlərində Hamburqda keçiriləcək dövlət və hökumət başçılarının qatılacağı G 20 Sammitinin maliyyə mövzularına hazırlıq xarakteri daşıyacaq.

  Qeyd edək ki, G 20 Maliyyə naziri və Mərkəzi Bank sədrlərindən ibarət, dünyanın ən böyük iqtisadiyyatı arasında yer alan 19 ölkə və Avropa İttifaqı Komissiyasından təşkil olunub.



Әlaqәli Xәbәrlәr