FED-in uçot dərəcəsini artırmasının ölkə bazarına bir başa təsiri gözlənir

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) ikigünlük iclası başa çatıb. FED uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1%-dək artırıb.

692483
FED-in uçot dərəcəsini artırmasının ölkə bazarına bir başa təsiri gözlənir

Qeyd edək ki, sonuncu dəfə FED uçot dərəcəsini ötən il artırıb. 2016-ci ilin dekabrın 14-də tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0,5-0,75% artırılması barədə qərar qəbul edib. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.

Qərar, ölkə bazarında birbaşa təsir edəcək. İstehlak həcmi aşağı enəcək. Kredit kartları ilə alış-veriş azalacaq. Ev və avtomobil kreditləri pahalanacak. İnvestisiya krediti istifadə etmək istəyən istehsalçıların xərcləri artacaq. Bu da böyümə rəqəmlərinin azalmasına gətirib çıxaracaq.

İcmalçılara görə FED uçot dərəcəsini artırmaqda davam edəcək. Proqnozlara görə cari ildə uçot dərəcəsi daha ən az iki faiz artacaq.

 



Әlaqәli Xәbәrlәr