Birja İstanbulda BIST 100 indeksi  günə 0,37 % yüksəlişlə başladı

Birja İstanbulda BIST 100 indeksi 0,37 % yüksələrək, günə  89.331,33 bəndlə başladı.

688702
Birja İstanbulda BIST 100 indeksi  günə 0,37 % yüksəlişlə başladı

Birja İstanbulda BIST 100 indeksi 0,37 % yüksələrək günə  89.331,33 bəndlə başladı.
 
 Açılışda BIST 100 indeksi 328,76 bal artdı, bank indeksi 0,50 %-ə, holdinq indeksi 0,45 %-ə yüksəldi.
 
 Sektor indeksləri arasında ən çox qazandıran 0,69 % ilə idman, ən çox geriləyən isə 0,05 % ilə lizinq, faktorinq oldu.
 
 Analitiklər bu gün İngiltərədə sənaye istehsalı və Amerika Birləşmiş Ştatlarında başda qeyri -kənd təsərrüfatı məşğulluğu olmaqla açıqlanacaq məşğulluq hesabatının bazarların mərkəzi nöqtəsində olacağını qeyd edirlər. Ekspertlər qeyri- kənd təsərrüfatı məşğulluğu ilə bağlı gözləntilərin 200 min səviyyələrində olması, maaşların isə 0,3 f% artması barədə proqnozlar verirlər.
 
 ABŞ Mərkəzi Bankının (FED) faizləri artırması gözlənilən gələcək həftədəki toplantısı ərəfəsində bazarlardakı tərəddüdlərin davam edə biləcəyini ifadə edən analitiklər, BIST 100 indeksində 88.500 səviyyəsinin dəstək, 90.000 və 91.000 səviyyələrinin müqavimət mövqeyində olduğunu bildirirlər.



Әlaqәli Xәbәrlәr