İlk xəttin inşası Qaradənizin 900 kilometrini alacaq

Rusiya təbii qazını Qaradəniz və Türkiyə üzərindən Avropaya daşıyacaq Türk Axını layihəsində növbəti addım atıldı.

676480
İlk xəttin inşası Qaradənizin 900 kilometrini alacaq

  Rusiya enerji şirkəti Qazprom ilə İsveçin “Allseas” şirkəti arasında Türk Axını təbii qaz boru xətti layihəsində ikinci xəttin inşası üçün razılaşma imzalandı.

  Qazpromdan verilən məlumata görə, Türk Axınının dəniz hissəsində inşa edilməsi planlaşdırılan ikinci xətt üçün “Allseas” şirkətiylə imzalanan müqaviləyə əsasən ilk xəttin inşası üçün Qaradənizdə 900 kilometr boru xətti döşənəcək.

  Xatırladaq ki, Qazpromla “Allseas” arasında Türk Axını təbii qaz boru xətti layihəsində ilk xəttin inşa edilməsilə bağlı razılaşma ötən ilin dekabr ayında imzalanmışdı.



Әlaqәli Xәbәrlәr