"Türkiyə üçün Aİ ABŞ-dan on qat daha önəmli ticarət tərəfdaşıdır" M.Şimşək

Baş nazirin müavini Mehmet Şimşək Türkiyə üçün Avropa İttifaqının ABŞ-dan on qat daha önəmli ticarət tərəfdaşı olduğuna diqqət çəkib.

655376
"Türkiyə üçün Aİ ABŞ-dan on qat daha önəmli ticarət tərəfdaşıdır" M.Şimşək

Baş nazirin müavini Mehmet Şimşək Türkiyə üçün Avropa İttifaqının ABŞ-dan on qat daha önəmli ticarət tərəfdaşı olduğuna diqqət çəkib.

Mehmet Şimşək Davosda keçirilən 47-ci Dünya İqtisadi Forumunda (WEF) “G20 gündəmi: yeni inkişaf  yolu planlaşdırılması” mövzulu iclasda çıxış edib.

Şimşək Türkiyənin xarici ticarətinə toxunaraq deyib ki, Türkiyə üçün Avropa İttifaqı ABŞ-dan on qat daha önəmli ticarət tərəfdaşıdır. Türkiyə ixracatının 50 faizi Aİ, 5 faizi isə ABŞ ilə reallaşır.

Aİ ilə Türkiyə arasındakı Gömrük Birliyi məsələsinə də münasibət bildirən Mehmet Şimşək bildirib ki, Aİ Komissiyası Türkiyə ilə Gömrük Birliyinin aktual hala gətirilməsinə müsbət yanaşdı. Bununla Birliyin əhatəsi kənd təsərrüfatı, xidmətlər və dövlət işlərinə dair satın alınan hər şəyin çərçivəsi genişləyəcək. Bunun nəticəsində qarşıdan gələn 10 yılda qarşılıqlı ticarət həcmi iki dəfə artaraq 150 milyard səviyyəsindən  300 milyard dollara çıxara bilər. Bu həm Aİ həm də Türkiyə üçün müsbət haldır.

Baş nazirin müavini Mehmet Şimşəkin çıxış etdiyi iclasda Almaniyanın maliyyə naziri, Argentinanın xəzinə naziri, Cənubi Afrikanın maliyyə naziri də iştirak edib.



Әlaqәli Xәbәrlәr