Cənub-şərqi Avropadakı istifadəçilər 2016-cı ildə daha çox qaz alıblar
Rusiyanın enerji nəhəngi “Qazprom” “Türk axını” layihəsinin Cənub-şərqi Avropadakı istifadəçilərinin 2016-cı ildə daha çox rus qazı aldıqlarını açıqlayıb.

Rusiyanın enerji nəhəngi “Qazprom” “Türk axını” layihəsinin Cənub-şərqi Avropadakı istifadəçilərinin 2016-cı ildə daha çox rus qazı aldıqlarını açıqlayıb.
“Qazprom” tərəfindən verilən açıqlamaya əsasən, Rusiyadan qaz satın alınmasında 2016-cı ildə əvvəlki illə müqayisədə müsbət fəallıq olub.
Buna görə, İtaliyaya qaz nəqliyyatında 1,1 faiz artım olub və qaz miqdarı 24.7 milyard kubmetrə çatıb. Bu miqdar Bolqarıstana 2.1 faiz artımla 3.18 milyard kubmetrə, Serbiyaya 4.3 artımla 1,75 milyard kubmetrə, Yunanıstana 35 faiz artımla 2.68 milyard kubmetrə, Rumıniyaya 740 faiz artımla 1.48 milyard kubmetrə çatmışdır. Xorvatiyaya qaz nəqliyyatında 0.76, Makedoniyaya isə 56.5 faiz artım qeydə alınıb.
Açıqlamada həmçinin bu artımın “Türk axını” layihəsinin bu ölkələrin qaz ehtiyacının ödənilməsində vaxtında və dəqiq bir addım olduğunu sübuta yetirdiyinə dair ifadə yer tutub.
Әlaqәli Xәbәrlәr

Türkiyənin zeytun yağı ixracı 20 faiz artıb
Türkiyənin zeytun yağı ixracı 20 artaraq 27,8 milyon dollara çatıb.

Ədviyyat ixracında rekord artım qeydə alınıb
2020-ci ildə Türkiyənin ədviyyat ixracı 2019-cu ilə müqayisədə 15% artıb.