"Türk Axını" qaz kəməri layihəsi ilə bağlı hökumətlərarası müqavilə imzalandı

Müqaviləyə dair qərar Rəsmi Qəzetdə dərc olundu.

637185
"Türk Axını" qaz kəməri layihəsi ilə bağlı hökumətlərarası müqavilə imzalandı

Rus qazını Türkiyəyə və Türkiyə üzərindən Avropaya nəql olunmasını nəzərdə tutan "Türk Axını" qaz kəməri layihəsi ilə bağlı hökumətlərarası müqavilə bağlandı.
 
 Müqaviləyə dair qərar Rəsmi Qəzetdə dərc olundu.
 
 Türkiyə ilə Rusiya arasındakı ticari və iqtisadi əlaqələrin inkişaf etdirilməsi məqsədilə ədalətli və ortaq mənfəətə əsaslanan əməkdaşlıq prinsiplərinə uyğun olduğu təsdiq olunan "Türk Axını" qaz  kəməri layihəsi hər biri 15,75 milyard kubmetr tutuma malik iki boru xəttindən ibarət olacaq.
 
 Rusiyanın Krasnodar bölgəsindəki "Russkaya" kompressor stansiyasından Qara dəniz üzərindən Türkiyədəki qəbul terminalına və Türkiyə üzərindən Avropaya uzanacaq kəmər haqqında ilk dəfə 2014-cü ildə Rusiya prezidenti Vladimir Putin danışıb.
 
 Layihə ilə bağlı hökumətlərarası müqavilə oktyabrın 10-da imzalanıb.
 
 Rusiya hökuməti  "Türk Axını" qaz kəməri müqaviləsinin təsdiq edilməsi barədə qanun layihəsini dekabrın 16-da qəbul edib.
 
 Rusiya Federasiyası Dumasının Enerji Komitəsinin sədri Pavel Zavalnıy "Türk Axını"na dair hökumətlərarası müqavilənin Dumada yanvar ayında səsverməyə çıxarılmasının planlaşdırıldığını bildirib.



Әlaqәli Xәbәrlәr