Dünya Bankından İraqa 1,485 milyard dollar yeni kredit

Dünya Bankı İraqa 1,485 milyard dollar yeni kredit verilməsini təsdiqləyib.

635287
Dünya Bankından İraqa 1,485 milyard dollar yeni kredit

Dünya Bankı İraqa 1,485 milyard dollar yeni kredit verilməsini təsdiqləyib.

Bankın açıqlamasında bildirilib ki, İraqa yeni kredit dəstəyi neftin qiymətinin düşməsinin təsiri və terror təşkilatı DEAŞ-la mübarizəsinə görə  artan iqtisadi yükünün yünlgülləşdirilməsi məqsədilə verildi.

Təsdiqlənən 1,485 milyard dollarlıq kreditlə Dünya Bankının İraqa verdiyi maddi dəstək təqribən 3,4 milyard dollara çatıb.

Qərarı dəyərləndirən Dünya Bankının Orta Şərq üzrə İdarəsinin bölgə müdiri Ferid Bilhac bildirib ki, toqquşmaların davam etməsinə və düşük neft qiymətlərinə baxmayaraq İraq iqtisadi sabitliyi qoruyan köklü və cəsur islahatlar həyata keçirir, xüsusi sektorun uzun müddətdə inkişaf etməsi üçün vacib olan zəmini hazırlayır. Həmçinin İraq ictimaiyyətinin bütün qruplarını əhatə edəcək inkişaf prosesini həyata keçirir.



Әlaqәli Xәbәrlәr