Bankı Trans-Anadolu qaz boru kəməri layihəsinə 600 milyon ABŞ dolları kredit

Asiya İnfrastruktur İnvestisiya Bankı Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 milyon ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib.

635691
Bankı Trans-Anadolu qaz boru kəməri layihəsinə 600 milyon ABŞ dolları kredit

Asiya İnfrastruktur İnvestisiya Bankı Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 milyon ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib.

Bankın Pekindəki baş ofisindən verilən məlumata görə, ayrılan kredit artıq təsdiqlənib. AİİB-in vitse-prezidenti DJ Pandian deyib ki, Asiya ilə Avropa arasında enerji infrasturkturunun yenilənməsinə xidmət edən TANAP layihəsi Azərbaycan iqtisadiyyatını gücləndirməklə yanaşı, Avropanın, o cümlədən Türkiyənin enerji təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, TANAP üçün Dünya Bankı da cəmi 800 milyon dollarlıq krediti təsdiqləmişdi.

Layihəyə yaxın zamanda Çox Terefli Qarantiya Yatırım Agentliyi, Avropa Yatırım Bankı ilə  Avropa Tikinti və İnkişaf Bankından da maliyyə dəstəyi olacaq. TANAP üçün veriləcək dəstəyin 4 milyard dollara çatacağı gözlənilir.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur, hazırda layihə üzrə işlərin 55 faizi yerinə yetirilib. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.



Әlaqәli Xәbәrlәr